Almaniya Rusiyanın sərhədləri daxilində Ukraynanın alman silahlarından istifadəsini istəmir.
APA xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pitorius DW-yə müsahibəsində deyib.
Nazir Pistorius Ukraynanın beynəlxalq hüquqa əsasən, özünümüdafiə məqsədi ilə Rusiyaya hücum etməsinə icazə verildiyini deyib, lakin əlavə edib ki, Almaniya həmişə Rusiya sərhədləri daxilində alman tanklarının və ya digər silahların istifadəsini istəmədiyini Ukrayna tərəfinə bəyan edib.
Müdafiə naziri Kiyevdən Almaniyanın bu istəyinə zidd olan heç bir siqnal alınmadığını qeyd edib.
"Mən ukraynalı tərəfdaşlarımıza tamamilə güvənirəm", - Almaniyanin müdafiə naziri vurğulayıb.