Nazir Teymur Musayev Şamil Ayrımı İstanbulda xəstəxanada ziyarət edib - FOTO

Nazir Teymur Musayev Şamil Ayrımı İstanbulda xəstəxanada ziyarət edib - FOTO
# 30 oktyabr 2022 15:14 (UTC +04:00)

Türkiyədə səfərdə olan səhiyyə naziri Teymur Musayev Azərbaycanda yol qəzasına düşən millət vəkili Şamil Ayrımı İstanbulda xəstəxanada ziyarət edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Twitter” bildirib.

Qeyd edək ki, oktyabrın 20-də Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüb. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib, növbəti gün isə Türkiyəyə yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR