“Netflix” Ukrayna kinematoqraflarına qrant ayırır

“Netflix” Ukrayna kinematoqraflarına qrant ayırır
# 30 iyul 2022 03:34 (UTC +04:00)

Ukrayna Kino Akademiyası və “House of Europe” “Netflix”lə birgə müharibəyə görə işini dayandırmış ukraynalı kinematoqraflara yardım ayırıb.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, proqram çərçivəsində kinematoqrafların təhsilini davam etdirməsi üçün maliyyə dəstəyi göstəriləcək.

Proqram çərçivəsində ssenari yazılması üçün hər biri 15 000 dollar olmaqla 48 qrant ayrılacaq. Bundan əlavə “Netflix”də təlim keçmək üçün yüz mütəxəssisin hər birinə 1 000 avro veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR