Niderland Ukraynaya “Patriot”ları göndərməyi planlaşdırır

Niderland Ukraynaya “Patriot”ları göndərməyi planlaşdırır
# 18 yanvar 2023 00:11 (UTC +04:00)

Niderland Ukraynaya “Patriot” zenit-raket komplekslərini göndərməyi nəzərdən keçirib.

APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Niderlandın Müdafiə Nazirliyinin sözçüsü Saşa Luhoff bildirib ki, Amsterdam Ukraynanın hərbi dəstəyini daim diqqətdə saxlayır.

Bundan əvvəl Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak “Patriot” zenit-raket komplekslərinin yazda döyüşlərə cəlb olunacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR