Niderlandda zəruri olmayan fəaliyyət sahələri bağlanıb

Niderlandda zəruri olmayan fəaliyyət sahələri bağlanıb
# 20 dekabr 2021 07:14 (UTC +04:00)

Bazar ertəsindən etibarən Niderlandda sərt karantin rejimi bərpa olunub.

APA-nın xəbərinə görə bayram müddətində kəskin yoluxmaların qarşısını almaq üçün hökumət bu addımı atıb.

Baş Nazir Mark Rutte televiziya ilə müraciətində bildirib ki, “omicron” variantının yayılmasının qarşısını almaq üçün yeganə yol karantindir.

Ölkədə fəaliyyəti zəruri olmayan bütün ticarət obyektləri, restoran, teatr və muzeylər yanvarın 14-dək bağlı olacaq. Məktəblər isə yanvarın 9-da fəaliyyətə başlayacaq. Evdə qəbul ediləcək qonaq sayı isə dörddən ikiyə endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR