Norveç Almaniyadan 54 “Leopard 2” sifariş edəcək

Leopard 2

© APA | Leopard 2

# 03 fevral 2023 14:03 (UTC +04:00)

Norveç hökuməti öz ordusu üçün Almaniyanın “Krauss-Maffei Wegmann” şirkətindən 54 ədəd yeni “Leopard 2” tankı sifariş edəcək.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Store (Jonas Gahr Store) mətbuat konfransında deyib.

"Biz ordumuzu şimal qonşularımızın və bir çox NATO müttəfiqlərimizin sahib olduğu tanklarla təmin edirik", - baş nazir bildirib.

O həmçinin qeyd edib ki, ölkəsi bu sifarişdən sonra əlavə olaraq daha 18 ədəd tank almaq imkanı əldə edəcək: "Bu, Almaniya ilə əlaqələrimizi daha da gücləndirir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR