Norveç kralı xəstəxanaya yerləşdirilib - VİDEO

Norveç kralı xəstəxanaya yerləşdirilib - VİDEO
# 04 avqust 2022 20:32 (UTC +04:00)

Norveç kralı V Harald qızdırma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

APA-nın xəbərinə görə, bu barədə Kral Sarayından məlumat verilib.

Bildirilir ki, 85 yaşlı kralın vəziyyəti sabitdir.

Qeyd edək ki, 31 il əvvəl taxta çıxmış V Harald son illərdə çox sayda cərrahiyyə əməliyyatı keçirib. 2021-ci ildə Covid-19-a yoluxmuş kral sağaldıqdan sonra dizindən əməliyyat olunub. 2020-ci ildə isə onun ürək klapanları dəyişdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR