Norveç "Leopard 2" tankı tədarük edəcək

Norveç  "Leopard 2" tankı tədarük edəcək
# 25 yanvar 2023 21:33 (UTC +04:00)

Norveç də "Leopard 2" tanklarını Ukraynaya verəcək.

APA xəbər verir ki, bu barədə "Strana" nəşri məlumat yayıb.

Norveç müdafiə nazir Byorn Arild bildriib ki, hələlik tədarük olunacaq zirehli texnikanın sayı açıqlanmır.

“İndi tanklara böyük tələbat var. Norveç hökuməti tankların Ukraynaya verilməsini dəstəkləyir. Ölkəmiz tankların tədarük olunmasında geridə qalmamalıdır”, - deyə o bildirib.

Nazirin sözlərinə görə, ölkədə "Leopard 2" tanklarının A4 modeli var.

Bundan əlavə, nazir Norveç hərbçilərinin ukraynalı həmkarları ilə birgə təlimdə iştirakının mümkünlüyü barədə də danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR