Norveçdə gecə klubunda qətl törədən şəxs İran əsillidir - YENİLƏNİB

Norveçdə gecə klubunda qətl törədən şəxs İran əsillidir - YENİLƏNİB
# 25 iyun 2022 13:25 (UTC +04:00)

Osloda gecə klubunda atəş açaraq 2 nəfərin ölümünə, 10 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi bəlli olub.

APA xəbər verir ki, bu barədə Oslo polisi məlumat yayıb.

Bildirilib ki, atəş açan şəxs 42 yaşlı İran əsilli Norveç vətəndaşıdır. Hücumun səbəb bəlli olmasa da, bu gün Osloda keçiriləcək Qürur paradı terror təhlükəsi ilə əlaqədar ləğv edilib.

Polis rəsmisi Kristian Hatlo hədəf alınan insanların sayına əsaslanaraq, şəxsin qətl, öldürməyə cəhd və terrorizmdə şübhəli bilinərək saxlanıldığını deyib.

"Bizim qənaətimiz ondan ibarətdir ki, şübhəlinin əhalidə ciddi qorxu yaratmaq istədiyini düşünmək üçün əsaslar var", - Hatlo bildirib.

Hatlo şübhəlinin psixi sağlamlığının da araşdırıldığını qeyd edib.

Zümrüd Paşkin

***

04:14

Norveçin paytaxtı Osloda atışma olub.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin “Twitter” səhifəsində dərc edilmiş məlumatada deyilir.

Hadisə gecə klublarından birində baş verib.

Atışma nəticəsində iki nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR