Norveçlilərin Türkiyəyə gəlməsi üçün müvəqqəti prosedur tətbiq edəcək

Norveçlilərin Türkiyəyə gəlməsi üçün müvəqqəti prosedur tətbiq edəcək
# 17 iyun 2022 21:51 (UTC +04:00)

Norveç xarici işlər nazirinin Türkiyəyə səfəri əsnasında heç bir saziş imzalanmayıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, dünyadakı çip böhranı səbəbindən Norveç vətəndaşları pasportlarının müddətini uzada bilmir. Buna görə də, cari turizm mövsümündə norveçlilərin Türkiyəyə gəlməsi üçün müvəqqəti tənzimləmə proseduru aparılacaq.

Bu müddət ərzində Norveç vətəndaşlarına çipli şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səyahət etmək hüququ veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR