“Novartis” əczaçılıq şirkəti əməkdaşlarını ixtisar edir

“Novartis” əczaçılıq şirkəti əməkdaşlarını ixtisar edir
# 02 iyul 2022 03:07 (UTC +04:00)

İsveçrənin Novartis əczaçılıq şirkəti kütləvi ixtisarlara hazırlaşır.

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, artıq bütün əməkdaşlar bu barədə məlumatlandırılıb.

Şirkət düya üzrə 108 000 əməkdaşın 8 000 nəfərini ixtisar edəcək. Bəzi bölmələr ümumiyyətlə bağlanacaq. Ən ciddi azalma Bazeldəki baş ofisdə və zavodda həyata keçiriləcək. İsveçrədəki 11 600 əməkdaşın 1400-ü işini itirəcək. Şirkət strukturun yenidən təşkili yolu ilə yaxın 2 ildə 1 milyard dollar vəsaitə qənaət etmək istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR