Odessadan çıxan gəmi sabah İstanbul boğazına çatacaq

Hulusi Akar

© APA | Hulusi Akar

# 01 avqust 2022 11:45 (UTC +04:00)

Odessa limanından çıxan qarğıdalı yüklü ilk gəmi sabah yerli vaxtla təxminən saat 15:00 İstanbul boğazına çatacaq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Anadolu” agentliyinə müsahibəsində deyib.

O qeyd edib ki, gəmi Müştərək Koordinasiya Mərkəzində çalışan bütün tərəflərin iştirakı ilə yoxlanmasından sonra yoluna davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR