Odessadan gələn gəminin İstanbulda yoxlanılmasına başlanılıb - FOTO

Odessadan gələn gəminin İstanbulda yoxlanılmasına başlanılıb - FOTO
# 03 avqust 2022 12:53 (UTC +04:00)

İstanbulda “Taxıl daşınması sazişi” üzrə Müştərək Koordinasiya Mərkəzinin üzvləri Odessa limanından yola çıxan ilk qarğıdalı yüklü RAZONI yük gəmisinin yoxlamasına başlayıblar.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, gəmi dünən axşam saatlarında İstanbul boğazına çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR