Odessanın atəşə tutulması nəticəsində üç aylıq körpə ölüb- VİDEO - YENİLƏNİB

Odessanın atəşə tutulması nəticəsində üç aylıq körpə ölüb- VİDEO   - YENİLƏNİB
# 23 aprel 2022 23:11 (UTC +04:00)

Rusiya hərbçilərinin Odessanı atəşə tutması nəticəsində 8 nəfər həlak olub.

Bu barədə prezident Vladimir Zelenski mətbuat konfransında bildirib.

"Yeddi raket! Bu da bizim üçün Pasxa günü. Bu gün Odessaya yeddi raket uçdu. Yeddi! 20 nəfər yaralanıb. Üç aylıq uşaq ölüb Üç aylıq uşaq öldürüldü...", - deyə Zelenski bildirib.

Saat 19:20

***

Rusiyanın Odessada yaşayış binasına raket zərbəsi endirməsi nəticəsində ən az 5 nəfər həlak olub, 18 nəfər yaralanıb.

APA-nın BBC-yə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidentinin köməkçisi Andrey Yermak "Telegram" kanalındakı paylaşımında bildirib. O, qeyd edib ki, ölənlərdən biri 3 aylıq körpədir. Raketin düşdüyü binada daha sonra yanğın baş verdiyi bildirilib.

Ukrayna Xarici işlər naziri Dmitri Kuleba "Twitter" hesabındakı paylaşımında hadisəni terror adlandırıb və Rusiyanın terroru dəstəkləyən ölkə elan edilərək lazımi tədbirlərin görülməsinə çağırıb.

Qeyd edək ki, Ukrayna mediası Odessaya ən az 4 raket zərbəsinin endirilməsi barəsində məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR