Odessaya raket zərbəsi endirilib - YENİLƏNİB - VİDEO

Odessaya raket zərbəsi endirilib  - YENİLƏNİB  - VİDEO
# 02 may 2022 21:47 (UTC +04:00)

Rusiya silahlı qüvvələri Odessaya raket zərbəsi endirib. Yanğın nəticəsində ölən və yaralananlar var.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Odessa Vilayət Administrasiyasının rəhbəri Maksim Marçenko “Telegram” kanalında bildirib.

“Odessadakı infrastruktur obyektlərindən birinə raket hücumu olub. Partlayış nəticəsində ölən və yaralananlar var, lakin onların sayı hələ dəqiqləşdirilməyib”, - deyə Marçenko qeyd edib.

***

20.31

Axşam saatlarında Ukraynanın Odessa və Nikolayev şəhərlərində güclü partlayış səsləri eşidilib

APA-nın UNİAN-a istinadla xəbərinə görə, odessada bir, Nikolayevdə isə bir neçə güclü partlayış baş verib. Hər 2 şəhərdə həyəcan elan edilib.

Partlayışa Rusiya raketinin səbəb olması ehtimal edilir. Hadisə ilə bağlı rəsmi məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR