Olaf Şolz: Almaniya Rusiya ilə əməkdaşlığın yoxluğuna uyğunlaşa bildi

Olaf Şolz: Almaniya Rusiya ilə əməkdaşlığın yoxluğuna uyğunlaşa bildi
# 29 yanvar 2023 00:26 (UTC +04:00)

Almaniya Rusiya ilə əməkdaşlığın olmamasına tez uyğunlaşa bildi.

APA-nın məlumatına görə, bu fikirləri Almaniya kansleri Olaf Şolz şənbə günü Latın Amerikası KİV-nə müsahibəsində bildirib.

“24 fevral 2022-ci ildə biz dövr dəyişikliyi ilə üzləşdik və Almaniya yeni reallığa tez uyğunlaşdı. Bizim Rusiya ilə artıq əməkdaşlıq etmədiyimiz reallığına”.

Kanslerin ​​fikrincə, cəmi bir neçə ay ərzində Almaniya hakimiyyəti ölkənin enerji təchizatı sistemini dəyişdirə bildi və Rusiya qazı, nefti və kömüründən asılılığı aradan qaldırdı.

"Biz iqtisadiyyatımızın birtərəfli asılılığını azaltmağa çalışırıq” – Şolts vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR