Omicron Gürcüstanda dominant ştama çevrilib

Omicron Gürcüstanda dominant ştama çevrilib
# 21 yanvar 2022 11:16 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının Omicron ştamına təsdiqlənmiş yoluxma hallarının sayı 1419-a çatıb. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin məlumatında qeyd olunub.

Qurumun direktoru Amiran Qamkrelidzenin sözlərinə görə Omicron ştamı artıq Gürcüstanda dominant ştama çevrilib və bütün yoluxma hallarının 70%-dən çoxunu təşkil edir.

O, qeyd edib ki, Gürcüstanda bu ştama ən yüksək yoluxma nisbəti Tbilisidə qeydə alınıb.

Belə ki, paytaxt şəhərində yoluxma hallarının 80%-nin Omicron ştamından qaynaqlandığı təxmin edilir.

Ümumilikdə yanvarın sonu, fevralın əvvəllərində Gürcüstanda yoluxma hallarının pik həddə çatacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR