Orban “Rosatom”un baş direktoru ilə "Pakş" AES-i müzakirə edib

Orban “Rosatom”un baş direktoru ilə "Pakş" AES-i müzakirə edib
# 05 iyun 2023 14:29 (UTC +04:00)

Macarıstanın Baş naziri Viktor Orban “Rosatom”un baş direktoru Aleksey Lixaçevlə görüşüb.

APA xəbər verir ki, bu barədə Macarıstan hökumət kabinetinin sözçüsü Zoltan Kovacs "Twitter"də bildirib.

Onun sözlərinə görə, Baş nazir Orban "Rosatom"un baş direktoru və digər rəsmilərlə "Pakş" atom elektrik stansiyasının genişləndirilməsini müzakirə edib.

Xarici işlər naziri Peter Siyarto yaxın vaxtlarda hazırlıq işlərinə başlanacağını qeyd edib və yenidən işlənmiş müqavilə çərçivəsində təhlükəsizlik qaydalarına tam riayət ediləcəyini vurğulayıb.

Xatırladaq ki, ötən ilin avqustunda "Rosatom" Macarıstanın Atom Enerjisi Təşkilatından (OAH) "Pakş" II atom elektrik stansiyasında (AES) iki blokun tikintisi üçün icazə alıb. Macarıstan hökuməti 2.4 GW layihə üçün lisenziya verib.

Macarıstan XİN rəhbəri bildirib ki, tikiləcək yeni nüvə reaktorları 2030-cu ilə qədər istismara hazır ola bilər.

Mübahisəli 12,5 milyard avroluq (10,6 milyard funt sterlinq; 12,4 milyard dollar) layihə Rusiya tərəfindən maliyyələşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR