Orban: Sanksiyalar Rusiyanı zəiflətmir, Avropa iqtisadiyyatına böyük ziyan vurur

Macarıstan Baş naziri Viktor Orban

© APA | Macarıstan Baş naziri Viktor Orban

# 15 iyul 2022 12:05 (UTC +04:00)

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı düşünülməmiş iqtisadi sanksiyalarla “özünü ağciyərlərindən vurub” və bu sanksiyalar aradan qaldırılmasa, onlar Avropa iqtisadiyyatını məhv etmək riski daşıyır.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Orban yerli radioya müsahibəsində deyib.

“Əvvəlcə mən elə bilirdim ki, biz özümüzü yalnız ayağımızdan vurmuşuq, amma indi aydın olur ki, Avropa iqtisadiyyatı özünü ağciyərlərindən vurub və öz nəfəsini kəsir”, - Baş nazir qeyd edib.

Orban bildirib ki, Ukraynanın köməyə ehtiyacı var, lakin Avropa liderləri strategiyalarını yenidən nəzərdən keçirməlidir, çünki sanksiyalar Rusiyanı zəiflətmir və aylarla davam edən müharibəni hər hansı bir həll yoluna yaxınlaşdırmadan Avropa iqtisadiyyatına böyük ziyan vurur:

“Sanksiyalar Ukraynaya kömək etmir, lakin onlar Avropa iqtisadiyyatı üçün pisdir və belə davam edərsə, Avropa iqtisadiyyatını məhv edəcək.

Hazırda gördüklərimiz dözülməzdir”.

O diqqətə çatdırıb ki, Brüsseldəki məmurlar sanksiya siyasətinin yanlış fərziyyələrə əsaslandığını etiraf etməli və strategiyanı dəyişdirilməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR