Orban Ukraynanın Rusiyaya qalib gələ bilməyəcəyini bildirib

Macarıstan Baş naziri Viktor Orban

© APA | Macarıstan Baş naziri Viktor Orban

# 23 may 2023 15:55 (UTC +04:00)

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Rusiyaya qarşı müharibədə qalib gələ bilməyəcəyini bildirib.

APA xəbər verir ki, bu barədə Baş nazir Orban "Bloomberg"ə müsahibəsində deyib.

"Rəqəmlərə, ətrafa nəzər saldıqda, NATO-nun qoşun göndərməyə hazır olmadığını gördükdə, döyüş meydanında yazıq ukraynalıların qələbə qazanmadığı açıq-aydın görünür”, - Orban bildirib.

Orban qeyd edib ki, müharibə yalnız Rusiya ABŞ-la razılığa gələndə dayandırıla bilər.

Macarıstan hökumət başçısı Orban Donald Trampın ABŞ-da gələn il yenidən seçkilərdə qalib gələcəyinə ümid etdiyini deyib. O bildirib ki, hazırkı Prezident Co Bayden ilə ziddiyyətli münasibətlərinə baxmayaraq, ABŞ-ı tənqid etmək biznes və əməkdaşlıq üçün yaxşı deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR