Orbanın çıxışına görə müşaviri istefa verib

Orbanın çıxışına görə müşaviri istefa verib
# 26 iyul 2022 17:47 (UTC +04:00)

Macarıstan Baş naziri Viktor Orbanın ən yaşlı və uzun müddət məsləhətçilərindən biri olan Zsuzsa Hegedüs Baş nazirin sosial inteqrasiyadan məsul nümayəndəsi vəzifəsindən istefa verib.

APA xəbər verir ki, bu barədə "hvg.hu" saytı məlumat yayıb.

Saytın məlumatına görə, Baş nazirin müşaviri ona məktub ünvanlayıb.

“Belə utancverici mövqeyinizə görə mən münasibətlərimizi dayandırmağa təəssüflənirəm, siz qeyri-liberal yol seçdikdən sonra vəziyyət mənim üçün getdikcə çətinləşsə də, qısa müddət üçün buna dayanmaq mümkün görünürdü. Ancaq inandığım əsas dəyərlərə zidd olan bir çıxışdan sonra mənim başqa seçimim qalmadı: mənim tam azadlığımı heç vaxt məhdudlaşdırmamağınıza baxmayaraq, sizin məlum çıxışınızdan sonra indi mən sizinlə açıq şəkildə əlaqəni kəsmək məcburiyyətindəyəm.

Əvvəlki antimiqrant və antiAvropaçılığınızı Göbbelsə layiq saf nasist nitqinə çevirdiyinizi necə hiss etmədiniz, mən bunu anlamıram”, - Orbanın müşaviri məktubunda bildirib.

Xatırladaq ki, Viktor Orbanın Tusnadfürdoda tələbə düşərgəsindəki çıxışı kəskin etirazlara səbəb olub.

“Karpat hövzəsində biz qarışıq irqdən deyilik, öz Avropa evimizdə yaşayan xalqların qarışığıyıq. Biz bir-birimizə qarışmağa hazırıq, lakin biz qarışıq irq olmaq istəmirik”, - Baş nazir çıxışında deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR