Ötən ay Litvadakı NATO qırıcıları Rusiya hərbi təyyarələrini 21 dəfə müşayiət edib

Ötən ay Litvadakı NATO qırıcıları Rusiya hərbi təyyarələrini 21 dəfə müşayiət edib
# 02 may 2023 15:39 (UTC +04:00)

Litvada yerləşdirilən NATO qırıcıları ötən ay Rusiya hərbi təyyarələrini 21 dəfə müşayiət edib.

APA xəbər verir ki, Litva Müdafiə Nazirliyinin məlumatına görə, 17-23 və 23-30 aprel tarixləri aralığındakı həftələr ən gərgin dövr olub.

Nazirliyin sözlərinə görə, sözügedən həftələr ərzində NATO döyüş təyyarələri Rusiya hərbi təyyarələrini müşayiət etmək üçün yeddi dəfə havaya qalxıb, halbuki digər həftələrdə 2-3 belə hal olurdu.

Qeyd edək ki, Litvanın Zokniai hava bazasında hazırda Portuqaliya və Rumıniyanın Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus 8 ədəd F-16 təyyarəsi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR