Pakistanın Baş naziri: “Türkiyənin düşməni bizim də düşmənimizdir”

Pakistanın Baş naziri: “Türkiyənin düşməni bizim də düşmənimizdir”
# 01 iyun 2022 20:41 (UTC +04:00)

Türkiyə prezidentinə Camu və Kəşmir məsələsində göstərdiyi dəstəyə görə təşəkkür edirəm.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı deyib.

Hökumət başçısı qeyd edib ki, Pakistan işğal olunmuş Camu və Kəşmirdə mövcud olan təhdidlərə baxmayaraq, heç vaxt sülh və sabitlik yolundan vaz keçəməyək.

“Biz Türkiyənin terrorla, FETÖ və PKK ilə mübarizəsində hər zaman yanında olduq. Türkiyənin düşməni əslində bizim də düşmənimizdir”,- deyə Şahbaz Şərif vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR