Papa Fransisk: “Viktor Orban mənə Rusiyanın müharibəni 9 Mayda bitirməyi planlaşdırdığını deyib”

Papa Fransisk: “Viktor Orban mənə Rusiyanın müharibəni 9 Mayda bitirməyi planlaşdırdığını deyib”
# 03 may 2022 15:33 (UTC +04:00)

Roma Papası Fransisk Macarıstanın Baş naziri Viktor Orbanın ona Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın işğalını 9 May - Qələbə günündə başa çatdırmağı planlaşdırdığını deyib.

APA CNN-ə istinadən xəbər verir ki, Roma Papası bu barədə İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.

O, Viktor Orbanın məsələ ilə bağlı ona aprelin sonlarında baş tutmuş görüş zamanı məlumat verdiyini qeyd edib: "Orbanla görüşəndə, o mənə dedi ki, rusların hər şeyin 9 mayda başa çatacağına dair bir planı var. Bu da, həmçinin son günlərdə gərginliyin belə sürətlə artmasını izah edə bilər. Çünki indi bu, sadəcə Donbas deyil, bu, Krımdır, bu, Odessadır, bu, Qara dəniz limanının Ukraynadan alınmasıdır, bu hər şeydir. Sülh üçün kifayət qədər istək yoxdur. Mən pessimistəm, lakin biz müharibəni dayandırmaq üçün mümkün olan hər addımı atmalıyıq”.

Papa Fransisk Kiyevə indilik səfər etməyəciyini, əvəzinə nümayəndə göndərəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR