Paris meriyası böhran qərargahı açıb

Paris meriyası böhran qərargahı açıb
# 22 mart 2023 04:39 (UTC +04:00)

Paris meriyası pensiya islahatlarına qarşı davam edən etiraz hərəkatının nəticələri ilə məşğul olmaq üçün böhran qərargahının açıldığını elan edib.

APA-nın məlumatına görə, Fransa paytaxtının meriyasından bildirilib ki, mövcud konteksti nəzərə alaraq, şəhər bələdiyyəsi böhran qərargahını işə salmaq qərarına gəlib.

Vurğulanır ki, qərargahda iclaslar gündəlik keçiriləcək. Qərargahın işi bələdiyyə xidmətlərinin fasiləsiz fəaliyyətini təmin etmək üçün zəruri qərarlar qəbul etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR