Parisdə böyük ərzaq bazarında yanğın başlayıb - FOTO

Parisdə böyük ərzaq bazarında yanğın başlayıb - FOTO
# 25 sentyabr 2022 19:15 (UTC +04:00)

Parisin yaxınlığında böyük ərzaq bazarının anbarında yanğın başlayıb.

APA-nın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, sahəsi 7 min kvadrat metr olan anbarda yanğının söndürülməsinə 100 yanğınsöndürən və 20 yanğınsöndürmə maşını cəlb olunub.

Parisin Yanğın Xidmətinin rəisi Le Muana bildirib ki, yanğın nəticəsində xəsarət alan yoxdur, yanğının yayılmasının qarşısını da almaq mümkün olub.

Yanğının səbəbi məlum deyil. Yaxın rayonların sakinlərinə hadisə yerinə yaxınlaşmamaq tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR