Parisdə daşqın səbəbindən metrostansiyalar bağlanıb - FOTO - VİDEO

Parisdə daşqın səbəbindən metrostansiyalar bağlanıb - FOTO  - VİDEO
# 17 avqust 2022 00:20 (UTC +04:00)

Bir neçə gündür isti hava dalğasının təsiri altında olan Fransanın paytaxtı Parisdə leysan yağış və qasırğadan sonra daşqın baş verib.

APA yerli mətbuata istinadən xəbər verir ki, Parisdə günorta saatlarında yağan leysan yağış həyatı iflic edib.

Bir çox küçələr su altında qalıb.

Sel səbəbindən bəzi metrostansiyalar müvəqqəti bağlanıb.

Fransa Meterologiya Xidməti Cənub-qərb bölgəsində tufan və güclü yağış riski ilə bağlı narıncı xəbərdarlıq elan edib.

Xüsusilə cənub-şərq bölgəsində güclü külək və leysan xarakterli dolu olacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR