Parisdə etirazçılarla polis arasında toqquşma olub

Parisdə etirazçılarla polis arasında toqquşma olub
# 18 mart 2023 00:29 (UTC +04:00)

Cümə günü axşam Parisdə pensiya islahatlarına qarşı etiraz aksiyası zamanı aqressiv etirazçılar polislə toqquşub.

APA-nın BFM telekanalına istinadən verdiyi məlumata görə, 6 nəfər saxlanılıb.

Konkord meydanında nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Aqressiv aksiya iştirakçılarından ibarət qruplar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və pirotexniki vasitələr atmağa başlayıb. Buna cavab olaraq polis gözyaşardıcı qazdan istifadə edərək nümayişçiləri meydandan çıxarmağa çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR