Paşinyan Qaribaşvilini Soçi görüşü barədə məlumatlandırıb

Paşinyan Qaribaşvilini Soçi görüşü barədə məlumatlandırıb
# 06 noyabr 2022 13:18 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyanla gürcüstanlı həmkarı İrakli Qaribaşvili arasında telefon danışığı olub.

APA-nın Tbilisi bürosu xəbər verir ki, məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.

Bildirilib ki, tərəflər Gürcüstan-Ermənistan gündəliyinin müxtəlif məsələlərini müzakirə ediblər.

Əlavə olaraq, Nikol Paşinyan gürcüstanlı həmkarını oktyabrın 31-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə baş tutmuş üçtərəfli görüşünün nəticələri ilə bağlı məlumatlandırıb.

Qeyd olunub ki, Qaribaşvili və Paşinyan yaxın regional əməkdaşlıq və cari məsələlərə dair fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR