PKK Türkiyə sərhədini atəşə tutub

Türkiyə

© APA | Türkiyə

# 07 fevral 2023 10:04 (UTC +04:00)

Terror təşkilatı PKK/PYD Suriyanın Tel Rıfat bölgəsindən Türkiyənin Öncüpınar Sərhəd Qoşunlarının nəzarətində olan bölgəyə atəş açıb.

APA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi “Twitter”də yazıb.

“İnsanlıqdan xəbəri olmayan PKK/PYD terror təşkilatı zəlzələdən istifadə edərək Suriyanın Tel Rıfat bölgəsindən Türkiyənin sərhəd bölgəsinə atəş açıb. Hərbçilərimiz arasında itki olmayıb və terrorçuların hədəfləri atəşlə susdurulub”, – nazirlik qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR