Podolyak: Baxmutun müdafiəsi Ukrayna ordusunun böyük strateji uğuru oldu

Mixail Podolyak

© APA | Mixail Podolyak

# 07 mart 2023 09:47 (UTC +04:00)

Baxmutun müdafiəsi Ukrayna ordusunun böyük strateji uğuru oldu.

APA xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak CNN kanalına bildirib.

Podolyakın qeyd edib ki, Ukrayna bu döyüşlər hesabına zaman qazanmalı və Rusiya ordusunu itkilərə məruz qoymalı idi: “Ordu tapşırıqları artıqlaması ilə yerinə yetirdi. Ordumuz bir tərəfdən düşmənin döyüşə hazır əsas hissəsini məhv etmək planını reallaşdırıb, digər tərəfdən isə on minlərlə ukraynalı hərbçinin əks-hücuma hazırlaşmaq üçün təhsil və təlim almasını təmin edib”.

Həmçinin bildirilib ki, daha əlverişli mövqelərə çəkilmək qərarı verilsə də, Baxmutun müdafiəsi gələcək qələbənin təməli olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR