Podolyak Lukaşenkonun açıqlamalarına münasibət bildirib

Mixail Podolyak

© APA | Mixail Podolyak

# 07 mart 2023 17:59 (UTC +04:00)

Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak Belarus Prezdenti Aleksandr Lukaşenkonun Maçuliş aerodromundakı partlayışla bağlı açıqlamalarına münasibət bildirib.

APA xəbər verir ki, Podolyak bu barədə “Twitter”də yazıb.

"Gəlin hadisələri düzgün adlandırmaq barədə qərar verək. Belarus ərazisindən Ukraynanın şəhərlərinə raketlərin buraxılması - terror aktıdır. Kəşfiyyat-diversiya qruplarının Belarus sərhədindən daxil olması sabotajdır” – Podolyak qeyd edib.

O həmçinin əlavə edib ki, Maçuliş aerodromunda A-50 təyyarəsinə endirilən zərbə yerli partizanlar tərəfindən törədilən anti-terror aktıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR