Podolyak Ukraynanın hərbi itkilərini açıqlayıb

Podolyak Ukraynanın hərbi itkilərini açıqlayıb
# 02 dekabr 2022 03:31 (UTC +04:00)

Ukrayna Prezidentinin Ofisinin rəhbəri Mixail Podolyak Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin yüz minlərlə ukraynalı hərbçinin ölümü barədə açıqlamasına münasibət bildirib.

APA xəbər verir ki, Podolyak qadın siyasətçinin açıq-aşkar səhv etdiyini deyib.

“Bu səbəbdən onlar videonu sildilər, rəqəmləri yığışdırdılar. Bizim Baş Qərargahın məlumatı var. Ali baş komandan bildirib ki, həlak olanların sayı 10-13 min arasıdır” – deyə Podolyak vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR