“Politico”: Aİ Ukraynaya 2 mlrd. avro dəyərində mərmi tədarükü ilə bağlı müqaviləni yekunlaşdırıb

“Politico”: Aİ Ukraynaya 2 mlrd. avro dəyərində mərmi tədarükü ilə bağlı müqaviləni yekunlaşdırıb
# 15 mart 2023 11:24 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Ukraynana hərbi yardım çərçivəsində 2 milyard avro dəyərində mərmi tədarükü ilə bağlı müqaviləni yekunlaşdırıb.

APA xəbər verir ki, bu barədə “Politico” nəşri əldə etdiyi sənədlərə istinadən bildirib.

Nəşrin məlumatına görə, Ukraynaya mərmi göndərilməsi və yenilərinin alınması üçün Aİ ölkələri hər əməliyyata görə (həm mərmi göndərilməsinə, həmçinin yeni sursatların əldə olunması üçün) 1 milyard avro məbləğində maliyyə dəstəyi alacaqlar.

Gözlənilir ki, birgə səylərlə Aİ ölkələri daha böyük müqavilələr bağlayaraq daha ucuz qiymətə sursat ala biləcəklər.

Qeyd olunub ki, Aİ indiyə qədər Ukraynaya 350 minə yaxın 155 mm-lik mərmi tədarük edib. Hər yeni mərminin dəyəri 4000 avro olaraq qiymətləndirilir və sursat tədarük edən ölkələrin xərclərinin qismən ödənilməsinə Aİ tərəfindən ümumilikdə 450 milyon avro xərclənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR