Polşa "Abrams" tanklarının ilk partiyasının ölkəyə gəlişinin vaxtını açıqlayıb

Polşa "Abrams" tanklarının ilk partiyasının ölkəyə gəlişinin vaxtını açıqlayıb
# 03 iyun 2023 02:20 (UTC +04:00)

ABŞ-nin "Abrams" tankları bu ay Polşaya gələcək.

APA xəbər verir ki, bu barədə Polşanın baş nazirinin müavini, milli müdafiə naziri Mariuş Blaşçak öz "Twitter" səhifəsində bildirib.

“Abrams tanklarının ilk partiyasının daşınması başlayır. Tezliklə 14 "M1A1 Abrams" tankı və 3 "M88A2 Hercules" texniki dəstək maşını Polşaya gedəcək. Bu ayın sonunda onlar ölkəmizə gələcəklər”, - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR