Ukrayna NATO üzvlüyü üçün çox qısa yola layiqdir.
APA xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravietski Kanadanın CBC telekanalına müsahibəsində deyib.
Baş nazir qeyd edib ki, Ukraynanın NATO-nun maraqları uğrunda mübarizə aparmasını nəzərə alaraq Kiyevə alyansa üzvlüyü üçün daha qısa yol təqdim edilməlidir.