Polşa Baş naziri: Ukraynanın məğlubiyyəti yeni Dünya Müharibəsini başlada bilər

Polşa Baş naziri: Ukraynanın məğlubiyyəti yeni Dünya Müharibəsini başlada bilər
# 16 yanvar 2023 17:33 (UTC +04:00)

“Ukraynanın Rusiya ilə müharibədə məğlubiyyəti Üçüncü Dünya müharibəsinin başlanmasına səbəb ola bilər. Ona görə də Kiyevə yardımı bloklamaq, yaxud sonraya saxlamaq lazım deyil”.

APA “Unian”a istinadən xəbər verir ki, bu barədə Polşa Baş naziri Mateuş Moravetski Berlinə səfəri zamanı deyib.

“30 illik liberal dünya 30 il sürən illüziya oldu. Qərbi Avropa rus ayısının əhliləşə biləcəyinə çox tez inandı”, - o bildirib.

Hökumət rəhbəri Almaniyanı Ukraynaya bütün növ silahlar verməkdə qətiyyətli olmağa səsləyib və Avropa ölkələrini yenidən Rusiya ilə münasibətləri yaxşılaşdırmaqdan çəkinməyə çağırıb.

“Rusiya ilə iş birliyi iblislə saziş imzalamaq kimi bir şeydir”, - Motavetski xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR