Polşa Belarusla sərhəddəki qadağan zonasını ləğv edir

Polşa Belarusla sərhəddəki qadağan zonasını ləğv edir
# 09 iyun 2022 20:31 (UTC +04:00)

Polşa hökuməti Belarusla sərhəddəki qadağan zonasını ləğv ecəcək.

APA-nın xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, 2021-ci ilin sentyabrında tətbiq edilmiş qadağa iyulun 1-dən etibarən aradan qaldırılacaq. Bununla belə, Belarusla sərhəddə 186 km uzunluqda metal arakəsmənin quraşdırılması davam edir. 5,5 metr hündürlükdəki arakəsmə kamera və sensorla təchiz ediləcək. Məqsəd Belarusdan gələn miqrant axınının qarşısını almaqdır.

Qeyd edək ki, ötən sentyabrdan etibarən Polşa-Belaris sərhədinə 3 km-dən çox yaxınlaşmaq qadağan edilib. Bu ərazidə jurnalist və QHT fəallarının həbs edilməsi dəfələrlə narazılığa səbəb olub.

Ekoloqlar isə metal arakəsmənin flora və faunaya zərbə vuracağından narahatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR