Polşa bütün MiQ-29 qırıcılarını bir göndərişlə Ukraynaya vermək niyyətində deyil

Pavel Yablonski

© APA | Pavel Yablonski

# 27 mart 2023 12:38 (UTC +04:00)

Polşa hökuməti ölkənin bütün MiQ-29 qırıcılarını bir göndərişlə Ukraynaya tədarük etmək niyyətində deyil.

APA xəbər verir ki, bunu Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski yerli "RMF 24” radiostansiyasına müsahibəsində deyib.

Diplomat qeyd edib ki, MİQ-29 qırıcılarının Ukraynaya göndərilməsi prosesi məxfilik şəraitində həyata keçirilir: "Düşünürəm ki, ölkəmiz qırıcı təyyarələrin hamısını verməyəcək. Dəqiq deyə bilərəm ki, bir partiyada hamısı göndərilməyəcək”.

Qeyd edək ki, Polşa Silahlı Qüvvələrinin 28 ədəd MİQ-29 qırıcısı var və onlar Malbork şəhərindəki aviabazada yerləşdirilib.

Xatırladaq ki, bu ayın 16-da Polşa Prezidenti Andjey Duda Ukraynanın yaxın günlərdə Polşadan ilk partiyada dörd ədəd MiQ-29 qırıcısını alacağını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR