Polşa indiyə qədər Ukraynaya 2 milyard avroluq hərbi yardım edib

Polşa Prezidenti Andjey Duda

© APA | Polşa Prezidenti Andjey Duda

# 17 yanvar 2023 12:44 (UTC +04:00)

Polşa indiyə qədər Ukraynaya 2 milyard avro dəyərində hərbi yardım edib.

APA xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda Davosda keçirilən Dünya İqtisadi Forumunda "Avropanın müdafiəsində" adlı panel müzakirələrində çıxışı zamanı deyib.

“Biz Ukraynanı dəstəkləməliyik. ABŞ hazırda Ukraynaya hərbi yardımın verilməsində aparıcı rol oynayır, amma biz digər NATO müttəfiqlərinin də hərbi dəstəyini aşağı qiymətləndirməməliyik.

Polşa indiyə qədər 2 milyard avro dəyərində hərbi dəstək verib və bu, Polşa kimi ölkə üçün böyük rəqəmdir. Eyni zamanda, Britaniya Ukraynaya güclü hərbi dəstək verir. Məsələn, Litva kiçik ölkədir, amma böyük dəstək verir, bu ölkə praktiki olaraq bütün “Stringer”lərini Ukraynaya göndərib.

Etiraf etməliyik ki, hazırda çətin vəziyyətdir, ancaq eyni zamanda, biz anlayırıq ki, Ukraynaya hərbi dəstəyin verilməsi bu çətin vəziyyəti həll etməyin əsas elementlərindəndir”, - Polşa dövlət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR