Polşa indiyə qədər Ukraynaya göndərdiyi tankların sayını açıqlayıb

Polşa Prezidenti Andjey Duda

© APA | Polşa Prezidenti Andjey Duda

# 17 yanvar 2023 14:26 (UTC +04:00)

Polşa indiyə qədər Ukraynaya göndərdiyi tankların sayını açıqlayıb.

APA xəbər verir ki, bu barədə Polşanın Prezidenti Andjey Duda Davosda keçirilən Dünya İqtisadi Forumunda "Avropanın Müdafiəsində" adlı panel müzakirələrində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Polşa ötən il 260-dan çox sovet modeli döyüş tankını Ukraynaya tədarük edib.

Prezident əlavə edib ki, Polşa təxminən 14 "Leopard" döyüş tankını Ukraynaya göndərməyi də öhdəsinə götürüb və ölkə əlavə tankların da göndərilməsini təmin etmək üçün "bir neçə müttəfiqlə" danışıqlar aparır.

"Bu tankların göndərilməsi müharibədə yeni bir fəslin başladılması potensialına malikdir", Duda vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR