Polşa "Leopard"ların Ukraynaya göndərilməsi üçün Almaniyadan icazə istəyib

Polşanın müdafiə naziri Mariuş Blaşzak

© APA | Polşanın müdafiə naziri Mariuş Blaşzak

# 24 yanvar 2023 13:51 (UTC +04:00)

Polşa "Leopard" döyüş tanklarının Ukraynaya göndərilməsinə dair icazə üçün Almaniyaya müraciət göndərib.

APA xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşzak bildirib.

“Artıq almanlar "Leopard 2" tanklarının Ukraynaya təhvil verilməsinə dair icazənin verilməsi ilə bağlı sorğumuzu alıb. Mən Almaniya tərəfinə müraciət edirəm ki, onlar da Ukraynaya "Leopard 2" tankları ilə dəstək verən ölkələrin koalisiyasına qoşulsun. Bu, bizim ümumi işimizdir, çünki söhbət bütün Avropanın təhlükəsizliyindən gedir!", - müdafiə naziri deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR