Polşa Moldovaya silah-sursat göndərib

Polşa Moldovaya silah-sursat göndərib
# 01 iyun 2023 16:20 (UTC +04:00)

Polşa Moldovaya silah-sursat göndərib.

APA xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski “Twitter”də yazıb.

Nazir qeyd edib ki, Moldovada daxili sabitliyin pozulmasına cəhdlərin qarşısını almaq üçün dəstəyə ehtiyacı var və bu səbəbdən də Polşa DİN tərəfindən bu ölkənin polisi üçün silah-sursat dolu yük təyyarələri yola salınıb.

“Daxili sabitliyi pozmaq cəhdlərinə müqavimət göstərən müstəqil və suveren Moldovanın dəstəyimizə ehtiyacı var! Ona görə də mən, Daxili İşlər Nazirliyinin tabeliyindəki nəqliyyat təyyarələrinə (2 Hercules və 4 Casa) doldurulmuş silah-sursat və texnikanı Moldova polisinə təhvil vermək qərarına gəldim”, - deyə Kaminski bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR