Polşa müdafiə naziri Baltikyanı ölkələrin təhlükəsizliyi ilə bağlı təkliflərdən danışıb

Polşa müdafiə naziri Baltikyanı ölkələrin təhlükəsizliyi ilə bağlı təkliflərdən danışıb
# 30 sentyabr 2022 15:55 (UTC +04:00)

Polşa hökuməti Baltik dənizi ölkələrinin təhlükəsizliyi ilə bağlı İsveç, Norveç və Danimarka nümayəndələri ilə birgə tövsiyələr hazırlamaq niyyətindədir.

APA xəbər verir ki, Polşa müdafiə naziri Mariuş Blaşak öz "Twitter" hesabında bu barədə yazıb.

Nazir qəbul olunmuş qərar barədə deyib:

“Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin 28 sentyabrdakı iclasında qəbul etdiyimiz qərara əsasən, mən Baş Qərargah rəisinə göstəriş verdim ki, Baltikyanı ölkələrin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təkliflər üçün Danimarka, İsveç və Norveçin müdafiə nazirlikləri rəhbərləri ilə məsləhətləşmələr aparsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR