Polşa Prezidenti ikinci dəfə koronavirusa yoluxub

Andjey Duda

© APA | Andjey Duda

# 05 yanvar 2022 16:34 (UTC +04:00)

Polşa Prezidenti Andjey Duda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat katibi Pavel Şrot "Twitter"də bildirib.

"Prezident aparatında və prezidenti müşayiət edən şəxslər arasında xəstəlik halları ilə əlaqədar prezident Duda koronavirus testindən keçib və nəticə müsbət çıxıb. Prezident özünü yaxşı hiss edir, kəskin simptomları yoxdur, həkimlərin nəzarəti altındadır”, - Şrot yazıb.

Qeyd edək ki, Prezident Duda ilk dəfə 2020-ci ilin oktyabrında koronavirusa yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR