Polşa Prezidenti “taxıl mübahisəsi”nin həll edilməsi üçün Zelenski ilə görüşmək niyyətindədir

Polşa Prezidenti “taxıl mübahisəsi”nin həll edilməsi üçün Zelenski ilə görüşmək niyyətindədir
# 22 sentyabr 2023 13:09 (UTC +04:00)

Polşa Prezidenti “taxıl mübahisəsi”nin həll edilməsi üçün Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşmək niyyətindədir.

APA CNN-ə istinadən xəbər verir ki, Polşa Prezidenti Andjey Duda yerli telekanala açıqlamasında Ukrayna və Polşa arasındakı “çətin situasiya”nın həlli üçün Vladimir Zelenski ilə dost kimi söhbət aparmaq niyyətində olduğunu bildirib.

Zelenskinin BMT-də çıxışına münasibət bildirən Duda qeyd edib ki, Ukrayna Prezidenti Polşanın adını çəkməsə sözlərini kimə ünvanladığını hamı başa düşüb.

“Gəlin təmkinli qalaq, hərarəti yüksəltməyək, çünki bu mübahisə bizim əlaqələrimizin kiçik bir hissəsi ilə bağlıdır. Gəlin onun bütün əlaqələrimizə təsir etməsinə imkan verməyək, çünki buna heç bir bəraət yoxdur və yalnız digərləri bundan faydalanır”, - Duda deyib.

Qeyd edək ki, Polşa, Macarıstan və Slovakiya Ukrayna taxılının idxalına tətbiq edilən məhdudiyyəti saxlamaq niyyətində olduğunu açıqlayıb. Məsələ ilə əlaqədar Ukrayna Prezidenti Zelenski BMT Baş Assambleyasında çıxışında Ukraynanın Avropadakı bəzi dostlarının siyasi teatrda “həmrəylik oyunu” oynadığını deyib. Gərginliyin artmasından sonra Polşa Ukraynaya silah tədarükünü dayandıracağını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR