Polşa səfiri SS diviziyası veteranının Kanada parlamentində görünməsinə görə üzr tələb edib

Polşa səfiri SS diviziyası veteranının Kanada parlamentində görünməsinə görə üzr tələb edib
# 25 sentyabr 2023 13:29 (UTC +04:00)

Polşanın Kanadadakı səfiri "Qalisiya" SS diviziyası veteranının Kanada parlamentində görünməsinə görə ölkənin üzr istəməsini tələb edib.

APA xəbər verir ki, bu barədə səfir Vitold Dzielski (Witold dzielski) “X” platformasında yazıb.

Səfirin sözlərinə görə, Polşa Ukraynanın ən yaxşı dostudur, lakin heç vaxt razı olmayacaq ki, belə yaramazların təbliğatı aparılsın.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski və Kanadanın Baş naziri Castin Trüdonun Kanada parlamentində 98 yaşlı ukraynalı nasist Yaroslav Qunko salamlaması çoxsaylı müzakirələrə səbəbə olub və bir sıra dövlət rəsmiləri baş vermiş hadisəni İkinci Dünya Müharibəsi zamanı baş vermiş rasizmin dəstəklənməsi kimi qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR