Polşa Seymi Saakaşviliyə dəstək üçün qətnamə qəbul edib

Polşa Seymi Saakaşviliyə dəstək üçün qətnamə qəbul edib
# 13 yanvar 2023 19:30 (UTC +04:00)

Polşa Seymi Gürcüstanın həbsdə olan keçmiş Prezidenti Mixeil Saakaşvili ilə bağlı qətnamə qəbul edib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, məlumatı Polşa mətbuatı yayıb.

Bildirilib ki, qətnamədə Mixeil Saakaşvilinin sağlamlığı və həyatının qorunması üçün beynəlxalq ictimaiyyətə çağırış edilib.

Parlamentarilər Gürcüstan rəsmilərini dərhal Saakaşvilinin zəruri müalicə alması üçün icazə verməyə çağırıblar.

Qətnamədə göstərilib ki, M. Saakaşvilinin Gürcüstanda avropapərəst əhval-ruhiyyənin formalaşmasında mühüm töhfəsi olub və bunun nəticəsində Gürcüstan hökuməti 2022-ci ildə Avropa İttifaqına üzv olmaq üçün müraciət edib.

Qətnaməni Seymin 438 üzvü dəstəkləyib, 8 deputat əleyhinə səs verib, daha bir deputat isə neytral qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR