Polşa ukraynalı qaçqınlara müavinət ödənişini dayandıracaq

Polşa ukraynalı qaçqınlara müavinət ödənişini dayandıracaq
# 02 iyun 2022 12:46 (UTC +04:00)

Polşa hökuməti ölkədəki ukraynalı qaçqınlara müavinət ödənişini dayandıracaq.

APA "Unian"a istinadən xəbər verir ki, bu barədə Polşa daxili işlər nazirinin müavini Pavel Şefernaker açıqlama verib.

İyulun 1-dən Polşa hökuməti Ukraynadan olan qaçqınlar üçün yemək və yaşayış üçün günlük 40 zlot məbləğində müavinətin ödənilməsini dayandırmağa hazırlaşır.

“Biz əminik ki, Polşada bir çox insan müstəqil yaşamaq və mühitə uyğunlaşmaq qabiliyyətinə malikdir”, - Pavel Şefernaker deyib

O, eyni zamanda, istisnaların olacağını da əlavə edib. Bəzi kateqoriyalar üzrə, məsələn, əlillər, hamilə qadınlar və ya çoxuşaqlı ailələr üçün müavinətlərin verilməsi davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR