Polşa Ukraynaya 2 milyard avroluq silah tədarükünə dair sənədləri Aİ-yə təqdim edib

Polşa Ukraynaya 2 milyard avroluq silah tədarükünə dair sənədləri Aİ-yə təqdim edib
# 25 mart 2023 22:37 (UTC +04:00)

Polşa Ukraynaya tədarük etdiyi 2 milyard avro dəyərində silaha dair faktiranı Avropa İttifaqına təhvil verib.

APA-nın xəbərinə görə, bunu Polşanın baş naziri Mateuş Moravetsi şənbə günü RMF radiosuna verdiyi müsahibədə bildirib.

"Biz 2 milyardlıq hesabları təhvil verdik. Bu, Polşa üçün çox yaxşı xəbərdir. Polşa büdcəsi üçün çox yaxşı xəbərdir. Bu pulla biz ən müasir silahları ala biləcəyik", - Moravetski əlavə edib.

Polşa Ukrayna Silahlı Qüvvələrinə MiQ-29 təyyarələri, T-72 tankları və 14 Leopard 2 tankı, artilleriya mərmiləri və digər döyüş sursatları, daşınabilən hava hücumundan müdafiə sistemləri və pilotsuz uçuş aparatları verib. Ölkə hakimiyyəti 2022-ci ildə Ukraynaya hərbi yardımın həcmini 2,2 milyard avro qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR